Gündəm
Bakı sakini özünün xəbəri olmadan işə götürülüb, ona maaş yazılıb
Bakı sakini özünün xəbəri olmadan “Maximilian Pottenstein” şirkətində işə götürülüb.
Oxu.Az-ın məlumatına görə, 60 yaşlı R.Əhmədova Sabunçu Rayon Prokurorluğuna müraciət edərək özünün xəbəri olmadan “Maximilian Pottenstein” şirkətində mütəxəssis vəzifəsinə işə qəbul edildiyini, hər ay 160 manat əməkhaqqı yazıldığını və həmin pulun mənimsənildiyini bildirib.
Bu proses il yarım müddətində davam edib.
Şikayətlə bağlı araşdırma aparılır.
Daha çox xəbər: