Tovuz rayonunda kanaldan iki yaşlı uşağın meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, rayonun Abulbəyli kənd sakini, 2019-cu il təvəllüdlü Uğur Qəşəmovun meyiti kəndinin kənarından keçən kanaldan tapılıb.
Onun kanalın yanında oynayan zaman suya düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.