Gündəm
20:25, 12 Kasım 2021

Kürdəmirdə 17 yaşlı qız su kanalına düşərək ölüb

Kürdəmirdə 17 yaşlı qız su kanalına düşərək ölüb



Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Şalıyeva Gülarə Cavanşir qızı ehtiyatsızlıqdan su kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sudan çıxarılan gənc qız Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

G.Şalıyevanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər: