Gündəm
18:56, 14 Kasım 2021

Bu gün diabetə qarşı Ümumdünya mübarizə günüdür - FOTO

Bu gün diabetə qarşı Ümumdünya mübarizə günüdür - FOTO



Noyabrın 14-də bütün dünya Diabetə Qarşı Mübarizə Gününü qeyd edir. Bu tarix təsadüfən seçilməyib. Belə ki, bununla 1891-ci ilin bu günündə anadan olan kanadalı həkim və fizioloq Frederik Bantinqin xidmətləri əbədiləşdirilib. Axı məhz o, həkim Çarlz Best ilə birlikdə 1922-ci ildə şəkərli diabet xəstələrinin həyatını xilas edən dərmanın – insulinin kəşfində həlledici rol oynayıb.

Ümumdünya Diabetə Qarşı Mübarizə Günü insanların bu xəstəliyə diqqət ayırmasını təmin etmək üçün daha bir yoldur. Azərbaycanda da bu gündə əhalinin şəkərli diabetlə bağlı maarifləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir, axı xəstəlik, təəssüf ki, bütün dünyada artmaqda davam edir və buna görə də bir çox hallarda xəstəliyin inkişafının qarşısını necə ala biləcəyinizi bilmək son dərəcə vacibdir.
Digər xəbərlər: