Gündəm
18:08, 17 Kasım 2021

Çavuşoğlu: “Belə provakasiyalarla Ermənistan yalnız itirə bilər”

Çavuşoğlu: “Belə provakasiyalarla Ermənistan yalnız itirə bilər”




Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın törətdiyi təxribatlara münasibət bildirib.

Bu barədə o, Bəhreynin xarici işlər naziri Abdullatif bin Raşid Alzayani ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Şəhidlərimizə Allahdan rəhmət diləyən türkiyəli nazir qeyd edib ki, əvvəl də deyildiyi kimi, Azərbaycan yalnız deyil və heç bir zaman yalnız olmayacaq.

“Azərbaycanlı qardaşlarımız bizi heç tək qoymadı, biz də onları heç vaxt tək qoymayacağıq”, - deyə o vurğulayıb.

Türkiyəli XİN başçısı deyib ki, öz torpaqlarını geri alan Azərbaycan bir tərəfdən “3+3” platformasının həyata keçirilməsi ilə bölgədə rifah üçün çalışmağa davam etmək istəyir, bu, layihə cənab İlham Əliyev tərəfindən irəli sürülüb, digər tərəfdən də bölgənin inkişafı və tərəqqisi üçün layihələrin həyata keçirilməsi və daha önəmlisi Ermənistana etdiyi təklif - hərtərəfli sülh anlaşması üçün çalışır.

“Yəni zəfər qazanan tərəf, güclü olan tərəf qarşı tərəfə daimi sülh təklif edir, deyir ki, bir daha aramızda müharibə olmasın. Digər tərəfin mövqeyi isə atəşkəsdən dərhal sonra Azərbaycan əsgərlərinə yenə hücum oldu. O zamandan Ermənistan Azərbaycan torpağında terror əməliyyatları tətbiq edir. Bu, Ermənistanın sülh istəmədiyi anlamına gəlir.

Bu cür provakasiyalarla Ermənistan heç nə əldə edə bilməz, yalnız itirə bilər”, - deyə Çavuşoğlu qeyd edib.
Digər xəbərlər: