Gündəm
Dünən Ermənistanın itkisi nə qədər oldu?
Ötən gün (noyabrın 16-da) Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı ordumuz qarşı tərəfə sarsıdıcı zərbə endirib.
Azərbaycan Ordusunun sıralarında mövcud olan yüksək nizam-intizam, hərbçilərimizin yüksək peşəkarlığı, Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnika və avadanlıqlarla təmin olunması düşmən tərəfin planlarını heçə endirib.
Qəfil hücuma keçərək genişmiqyaslı təxribat törətməyə çalışan düşmənin qarşısında məhz Azərbaycan Ordusunun sahib olduğu bu keyfiyyətlər ən böyük əngələ çevrilib.
Düşmən qüvvələrinin ağır silahlar və artilleriyadan istifadə etdiyi təxribat zamanı Azərbaycan Ordusu 7 şəhid verib, 10 nəfər yaralanıb. Bu cür toqquşmalarda itkilərə yol verməmək çətindir, ancaq daha çətini düşmənə layiqli dərs verməkdir ki, bunu da Müzəffər Azərbaycan Ordusu bacarıb.
Toqquşma zamanı Ermənistan tərəfinin 20-dən çox canlı qüvvəsi məhv edilib, yaralıların sayı isə 40-ı keçib. Sarsıdıcı zərbə vurulan erməni birləşmələri xeyli-sayda silah-sursatı qənimət olaraq ordumuzun ixtiyarına buraxaraq növbəti dəfə döyüş meydanında qaçıb.
Azərbaycan Ordusuna ağır itkilər yaşatmaq, mövqelərini gücləndirmək istəyən Ermənistan ordusu növbəti dəfə rəzil duruma düşüb. Azərbaycan Ordusunun hazırlıq səviyyəsi, təxribatlara çevik reaksiya vermək qabiliyyəti və sözsüz ki, düşmən tərəfdən qat-qat üstün texnikalarla təchiz olunması düşmən təxribatının daha ağır nəticələrə səbəb olmasının qarşısını alıb, itkilərimizi minimuma endirib.
Son hadisələr onu göstərir ki, ordumuz daim düşmən təxribatlarına qarşı bu cür hazırlıqlı olmalı, düşmənin fəaliyyətlərinin qarşısının alınması üçün sayıqlığı əldən verməməli və öz imkanlarından istifadə edərək ona dərs verməlidir.
Bu prosesdə Türkiyə və İsrail kimi ölkələrin də illərdir mübarizə apardığı vəziyyəti xatırlamaq gərəkdir. Belə ki, vaxtaşırı olaraq bu ölkələrin də ordularına qarşı itkilərə səbəb olan təxribatlar törədilir. Bu məqamda ən uyğun davranış hər an istənilən təxribata qarşı hazır olmaq, təxribatlara çevik reaksiya vermək imkanlarını mütəmadi olaraq qorumaqdır.
Azərbaycan Ordusu da Ermənistanla sərhəddə baş verən toqquşmalar zamanı bu cür təxribatların qarşısını almağa qadir olduğunu göstərdi.
Daha çox xəbər:
Müdafiə Nazirliyi: “Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib”
Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilər növbəti təxribata cəhd göstərib - RƏSMİ
Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət qrupu məhv edilib, bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb
Ermənistan ordusu Gədəbəy istiqamətində təxribat törətdi
Düşmən geri çəkilməyə məcbur edilir, xeyli itki verir - RƏSMİ