Gündəm
Siqaret, qəlyan və əvəzedicilərinin qiyməti Milli Məclisdə müzakirə edildi
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, dəyişikliklə tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir.
Layihəyə əsasən, tütün əvəzləyicilərinin hər kiloqramına 30 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur.
Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1 000 ədədinə görə 38,5 manat olması müəyyən olunur. Daha əvvəl siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1 000 ədədinə görə 35 manat idi.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Daha çox xəbər:
Milli Məclis kağız və kitabın ƏDV-dən azad olunmasını I oxunuşda qəbul edib
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən siqaret aşkarlandı
Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib
“Əmək pensiyaları haqqında” qanun dəyişdirildi
Azyaşlılara siqaret satanlara qarşı reyd - 6 mağaza aşkar edildi