Gündəm
Bakıda bir qrup şəxsin nazirliyin qarşısında toplaşması ilə bağlı AÇIQLAMA
Bu gün saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.
Qeyd edilib ki, bu zaman heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb.
Daha çox xəbər:
Daşkəsəndə təhlükəsizlik kəmərindən istifadə etməyənlər məsuliyyətə cəlb edilib - FOTO
İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO
I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA
Baş Narkotiklərlə Mübarizə İdarəsi sosial şəbəkələrdə hesab yaradıb
Bu nazirlikdə işçilər kütləvi ixtisar olunur? - Nazir müavini aydınlıq gətirdi - ÖZƏL