Gündəm
10:16, 23 Kasım 2021

Bakıda qəza törədən həkimin məhkəməsi başlayır

Bakıda qəza törədən həkimin məhkəməsi başlayır



Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emil Əlizadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il martın 11-də Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, Əlizadə Emil Firdovsi oğlunun idarə etdiyi 99-UZ-598 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil Rəşid İsmayılov küçəsində idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin - Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Şahin Mədətov hadisə yerində ölüb.

Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, sürücü E.Əlizadə xəstəxanaların birində həkim işləyir.
Digər xəbərlər: