Gündəm
17:44, 24 Kasım 2021

Nazir kapitana yüksək vəzifə verdi

Nazir kapitana yüksək vəzifə verdi



Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis kapitanı Murad Qurbanov Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə rəis təyin edilib.

O, bu təyinata qədər Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində eyni vəzifədə çalışıb.
Digər xəbərlər: