Gündəm
Azərbaycan UNESCO-nun Komitəsinə üzv seçildi

UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclas çərçivəsində 30 noyabr 2021-ci il tarixində UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib.
Komitə üzvlüyünə Azərbaycan Respublikasının da namizədliyi irəli sürülüb.
Səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan növbəti dörd il müddətinə Komitəyə üzv seçilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan Respublikası 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına da üzv seçilib.
Daha çox xəbər:

Şuşa və Azıx mağarasının UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi üzərində işlər aparılır

Ukrayna üçün NATO-nun qapıları açılır

Rəqəmsal transformasiya üzrə Azərbaycan - Türkiyə İşçi qrupunun ilk iclası keçirilib – FOTO

QHT-na Dövlət Dəstəyi Agentliyinin növbəti iclası keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatası bu quruma üzv seçildi