Gündəm
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin şirkəti barədə qərar qəbul edib

Nazirlər Kabineti “İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyi” MMC-nin fəaliyyətinin təmin edilməsi haqqında ölkə konstitusiyasını rəhbər tutaraq və İqtisadiyyat Nazirliyinin təklifini nəzərə alaraq qərar qəbul edib.
Qərarda deyilir ki, şirkətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1%-ə qədəri, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25%-i həddində müəyyən edilsin.
Xatırladaq ki, “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi”nin yaradılması Prezident İlham Əliyevin bu il iyuun 26-da imzaladığı fərmanda öz əksini tapıb. Fərmana əsasən, yeni şirkət İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında yaradılmalıdır.
Daha çox xəbər:

İqtisadiyyat Nazirliyinin yeni binasının xüsusiyyətləri AÇIQLANIB

Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib

Mikayıl Cabbarov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb - FOTO

Mikayıl Cabbarov ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO

Baş Nazir yeni Fondla bağlı qərar VERDİ