Gündəm
22:42, 03 Aralık 2021

Xəzər dənizində tapılmış insan qalıqları SOCAR-ın əməkdaşına məxsus deyil

Xəzər dənizində tapılmış insan qalıqları SOCAR-ın əməkdaşına məxsus deyil



“Xəzər dənizinin Azərbaycan sektorunda tapılmış insan qalıqları Dövlət Neft Şirkətinin (SOCAR) dekabrın 1-də itkin düşmüş əməkdaşına məxsus deyil”.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Xatırladaq ki, Neft Daşlarında elektrik montyoru vəzifəsində işləyən 1972-ci il təvəllüdlü Namazov Mürsəl Həsənəli oğlu itkin düşüb. O, dekabrın 1-də gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb, daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılmış, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işləri davam etdirilir.
Digər xəbərlər: