Gündəm
DTX: Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib
Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil vermişdir.
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda deyilir:
“Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin etmişdir.
Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim etmişdir.
Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkür bildiririk”.
Daha çox xəbər:
İşğaldan azad olunan ərazilərdə daha 137 mina aşkarlanıb - RƏSMİ
SON DƏQİQƏ: Qarabağda xeyli sayda erməni diversant HÜCUMA KECDİ, HAMISI... - ÖLÜ VƏ YARALILAR VAR
ANAMA: İşğaldan azad olunan ərazilərdə 112 mina aşkarlandı - FOTO
BMT önündə Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq sərgi keçirilib
Stokholmda Ermənistan tərəfindən mina xəritəsinin verilməməsinə etiraz olaraq aksiya keçirilib - FOTO