Gündəm
Azərbaycanda 16 yaşlı qız onunla intim əlaqədə olan şəxslərdən birini seçdi: “Ailə quracam”
Azərbaycanda dövlət qurumunun əməkdaşı məhkəmə tərəfindən 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi üzrə təqsirli bilinib.
Oxu.Az məhkəmə istintaqının materiallarına əsasən, həmin hadisənin motivlərini təqdim edir.
Təqsirləndirilən şəxs 2002-ci il təvəllüdlü Aydın.Z (dövlət qurumunda çalışır) və zərərçəkən 2005-ci il təvəllüdlü Bəsti.T (adlar şərtidir) 03 iyul 2018-ci ildə Bakı şəhərində tanış olublar. Tərəflər arasında dostluq zəminində davam edən münasibət sonradan sevgiyə çevrilib. Aydın və Bəsti iki ilə yaxın müddətdə bir-biriləri ilə əlaqə saxlayıb, görüşsələr də, bu müddət ərzində aralarında heç nə olmayıb.
Lakin 28 iyul 2020-ci il tarixində onlar Aydının dostunun evində görüşüblər. Bu zaman qeyri-təbii yolla cinsi əlaqədə olublar. Bundan sonra onlar arasında görüşlər davam edib. Sonuncu görüş isə 6 yanvar 2021-ci il tarixinə təsadüf edib. Bütün bu görüşlər zamanı isə ünvan dəyişilməz olaraq qalıb.
Məhkəməyə ifadəsində Aydın görüş təklifinin Bəsti tərəfindən verildiyini bildirib.
Lakin işlə bağlı daha çox maraq oyadan məqamlar məhz zərərçəkmiş Bəstinin ifadəsi zamanı ortaya çıxıb.
Bəsti ifadəsində bildirib ki, Aydınla əlaqə saxlayan zaman o onunla cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olmasını bir neçə dəfə bildirib bunu ona təklif etsə də, həmişə onun təklifini rədd edib. 27 iyul 2020-ci il tarixdə Aydınla mobil telefonla danışan zaman ona kiminsə evində görüşmələrini təklif edəndə, o, əvvəlcə təklifi qəbul etməyib. Lakin Aydının təkidindən sonra təklifi qəbul edib və növbəti gün onunla görüşməsinə razılıq verib.
Bundan sonra, ayrı-ayrı vaxtlarda həmin evdə Aydınla təxminən 10-15 dəfə görüşmüş və hər ikisinin razılığı ilə qeyri-təbii yolla, cinsi əlaqədə olublar. Üstəlik Bəsti bildirib ki, Aydınla tanış olduqları müddət ərzində öz təşəbbüsü ilə köməklik etmək məqsədilə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1000 manata yaxın pul vermişdir.
Aydın və Bəstinin münasibətləri barədə fikirlərində demək olar ki, təzadlar müəyyən edilməyib. Ancaq Bəstinin ifadəsində daha sonra yeni simalar peyda olub.
Belə ki, Bəsti 2019-cu ilin yayında Mahir (ad şərtidir) adlı şəxslə tanış olub. Anası və yaxın qohumları ilə birlikdə istirahət mərkəzlərinin birində olarkən tanış olduğu Mahir həmin məkanda musiqiçi kimi fəaliyyət göstərib. Mahirlə danışan zaman sonuncu onunla görüşmək istədiyini bildirsə də, Bəsti təklifdən imtina edib. 2019-cu ilin noyabrında isə növbəti görüş təklifini təkidlərdən sonra qəbul edərək saat 17:00 radələrində Mahirin musiqi dərsi keçdiyi ərazi yaxınlığında görüşüblər.
Aradan təxminən 2 həftə keçdikdən sonra yenidən eyni ərazidə Mahirlə görüşən Bəsti onun cinsi əlaqədə olmaq təklifini qəbul etməyib və ərazini tərk edib. Lakin 2020-ci ilin martında Bəsti Mahirin təklifini qəbul edərək onunla “20 yanvar” metro stansiyasının yaxınlığında görüşüb.
Bu zaman Mahir Bəstini geyimini dəyişmək üçün yaxınlıqda kirayə yaşadığı mənzilə dəvət edib. Bəsti Mahirlə birlikdə evə daxil olarkən orada Mahirin dostu ilə qarşılaşıb. Sonuncu çayını bitirdikdən sonra evi tərk edib. Bundan sonra Mahir və Bəsti həmin evdə qeyri-təbii yolla cinsi əlaqədə olublar.
Daha çox xəbər:
Polis 14 yaşlı qızı dəfələrlə zorladı - Azərbaycanda dəhşətli hadisə
21 yaşlı oğlan 8 yaşlı qonşusuna təcavüz etdi və... - Azərbaycanda dəhşət
Azərbaycanda taksi sürücüsü 8-ci sinif şagirdini zorlamaq istədi - FOTO
Azərbaycanda 62 yaşlı məktəb direktorundan 6-cı sinif şagirdinə qarşı iyrənc hərəkət
Qalmaqallı verilişdə etiraf - Qadın 23 yaşlı gənclə cinsi əlaqədə olmaq istədi... (FOTO)