Gündəm
15:07, 07 Aralık 2021

Əlilliyi olan şəxslərə illik sosial ödəniş xərcləri son dörd ildə nə qədər artıb?

Əlilliyi olan şəxslərə illik sosial ödəniş xərcləri son dörd ildə nə qədər artıb?



Əlilliyi olan şəxslərə pensiya və ya müavinət, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir. Bütün bu ödənişlər üzrə illik xərclər 2018-2021-ci illərdə 65 % və ya 736 milyon manat artıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.


Bildirilib ki, illik xərclərdə əlilliyə görə pensiyalar üzrə 44%, əlilliyə görə müavinətlər üzrə 2,6 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə ödənilən təqaüdlər üzrə 4 dəfə artım olub.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödənişlər üzrə isə illik xərclər 54 % artıb.
Digər xəbərlər: