Gündəm
Azərbaycanın Ermənistana qaytardığı hərbçilərin bir hissəsi həbs olunub
Azərbaycanın Ermənistana qaytardığı hərbçilərin bir hissəsi həbs olunub.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Azərbaycanın qaytardığı on hərbçidən beşi saxlanılıb.
Onlar hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının ağır nəticələrə səbəb olan pozulmasında ittiham edilib.
Hazırda saxlanılan şəxslər barəsində istintaq tədbirləri davam edir.
Mənbə: “Sputnik Armenia”