Gündəm
14:56, 06 May 2019

Baş prokurorluq 3 ildən sonra ANS-lə bağlı QƏRAR VERDİ

Baş prokurorluq 3 ildən sonra ANS-lə bağlı QƏRAR VERDİ


"Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq".

Unikal.org-un məlumatına görə, bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.

"Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!
Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!"", - Vahid Mustafayev vurğulayıb.
Digər xəbərlər: