Gündəm
11:32, 14 Aralık 2021

Ağsuda qonağın qətlə yetirilməsiylə bağlı RƏSMİ AÇIQLAMA

Ağsuda qonağın qətlə yetirilməsiylə bağlı RƏSMİ AÇIQLAMA




Dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağsu Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin tanışı, Padarqışlaq kənd sakini 1991-ci il təvəllüdlü Orxan Qaçayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, M.Dərgahlı Ağsu rayonuna qonaq gedibmiş.
Digər xəbərlər: