Gündəm
Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib.
Oxu.Az-ın məlumatına görə, sözügedən görüş Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı nahar əsnasında baş tutmuş üçtərəfli görüşdən sonra olub.
İkitərəfli görüşün sonunda Şarl Mişel yenidən müzakirələrə qoşulub.
Qeyd edək ki, bu, 44 günlük Vətən müharibəsindən sonra iki ölkə rəhbərləri arasında ilk təkbətək görüşdür.
Daha çox xəbər:
Paşinyan İlham Əliyevlə görüşündən danışdı
Nikol Paşinyan Moskvaya yola düşüb
Paşinyan: “İlham Əliyevlə görüşlərdən sonra regionda dinc inkişaf erasını açmaq imkanı mövcuddur”
Prezident İlham Əliyev Paşinyanla görüşün şərtini açıqladı
Paşinyan: “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq”
