Gündəm
Dietoloq ən zərərli qurudulmuş meyvələrdən danışdı - FOTO
Qurudulmuş meyvələri seçərkən onların görünüşünə diqqət yetirmək son dərəcə vacibdir, çünki bu, məhsulun gizli zərəri barədə xəbərdarlıq edə bilər.
Bu barədə rusiyalı dietoloq Svetlana Pançenko xəbərdarlıq edib.
O, qurudulmuş meyvələrin çoxunun daha uzun müddət saxlanılması və parazitlərdən qorunması üçün kükürd dioksidi ilə emal olunduğunu da vurğulayıb.
“Qurudulmuş meyvələri parıltısız, ən adi formada, qabığı çatlamadığı, normal qoxulu, çəyirdəyi ilə, qoz-fındığı isə qabığında alın”, - deyə diyetoloq əlavə edib.