Gündəm
Azərbaycan Əfqanıstandakı humanitar böhranın aradan qaldırılmasına töhfə verəcək
“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) məsuliyyətli üzvü kimi və islam həmrəyliyinə sarsılmaz sadiqliyindən irəli gələrək, Əfqanıstanda humanitar böhranın nəticələrinin aradan qaldırılmasında iştirak edəcək”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, Azərbaycan beynəlxalq birliyin, o cümlədən İƏT üzv-dövlətlərinin birgə addımları nəticəsində aradan qaldırılmasının tərəfdarıdır və bu istiqamətdə atılan addımlara töhfə verməkdə davam edəcək.
Xatırladaq ki, Pakistanın paytaxtı İslamabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 17-ci növbədənkənar iclasında Əfqanıstandakı vəziyyət, onun regional və qlobal təhlükəsizliyə təsiri ətrafında fikir mübadiləsi aparılıb.
İclasın yekununda Əfqanıstanda humanitar vəziyyətin sabitləşməsi istiqamətində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq praktiki addımları özündə əks etdirən yekun qətnamə qəbul edilib.
Daha çox xəbər:
XİN-dən Azərbaycanın İƏT-ə üzvlüyünün ildönümü ilə bağlı BƏYANAT
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub
Ceyhun Bayramovla baş katib Şuşa Bəyannaməsini müzakirə etdilər
Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb – FOTO