Gündəm
23:22, 22 Aralık 2021

Vəkillərin üzvlük haqqı aşağı salına bilər

Vəkillərin üzvlük haqqı aşağı salına bilər



“Vəkillərin üzvlük haqqının aşağı salınması ilə bağlı təklif irəli sürməyi düşünürəm”.

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Azərbaycanda vəkillərin üzvlük haqqı yüksək deyil: “Vəkillər Kollegiyasının vəsaiti ona daxil olan üzvlük haqqından yaranır. Vəkillər Kollegiyası Azərbaycanda özü özünü tam olaraq maliyyələşdirən bəlkə də yeganə qeyri-hökumət və qeyri-kommersiya məqsədləri üçün yaradılmış təşkilatdır. Biz dövlətdən heç bir maliyyə yardımı almırıq. Maliyyə cəhətdən müstəqil olmayan Vəkillər Kollegiyası heç vaxt müstəqil ola bilməz.

Biz öz büdcəmiz hesabına çox böyük işlər görürük. Bilirsiniz ki, üzvlük haqqı ilə bağlı müəyyən güzəştlər də tətbiq edirik. Məsələn, üzrlü səbəbdən üzvlük haqqını ödəyə bilməyən, maliyyə çətinliyi yaşayan, səhhətində müəyyən problemlər olan vəkilləri üzvlük haqqından azad edirik. Ancaq yenə də mən üzvlük haqqının aşağı salınması üçün təklif irəli sürəcəyəm. Azərbaycan vəkilliyinin inkişafı üçün hər kəs çalışmalıdır”.
Digər xəbərlər: