Gündəm
Makron geriya addım atdı: Parisdə Zəfər Tağının altındkı Aİ bayrağı çıxarıldı – FOTO

Parisdə sağçı siyasətçilərin tənqidindən sonra Zəfər tağının altına asılmış Avropa İttigaqının bayrağı yığışdırılıb.
Başda Mari Le Pen olmaqla, sağçılar bunu “vətənpərvərlərin qələbəsi” adlandırıblar.
Xatırladaq ki, ölkə prezidenti Emmanuel Makronun qərarı ilə Fransanın Aİ-də sədrliyi müddətinin başlanması münasibətilə yanvarın 1-də Zəfər tağının altındakı Fransa bayrağı Aİ bayrağı ilə əvəzlənib.
Bir sıra siyasətçilər bunu tağın altındakı naməlum əsgərin qəbrini təhqir etmək kimi qiymətləndiriblər.
İctimaiyyətin təzyiqi nəticəsində Makron geri addım atmağa məcbur olub. Hərçənd, Aİ bayrağı yığışdırılsa da, Fransa bayrağı hələ ki, əvvəlki yerinə qaytarılmayıb.
Daha çox xəbər:

Xankəndidəki Frankofoniya Mərkəzi və Fransa bayrağı barədə yalnız bir sual - FOTO

Makron Fransa bayrağını dəyişdirib

Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana… - SUSACAĞIQMI?

Azərbaycan bayrağı Konya səmasında dağlandırıldı - FOTO

Şəki Bayraq Meydanında Azərbaycanın Bayrağı niyə dalğalanmır - SOS