Gündəm
16:36, 05 Ocak 2022

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlandı

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlandı
Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, indiyədək 4 083 müraciət qəbul olunub.

Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib. Müraciətlərin nəticəsi olaraq, 23 dekabr 2021-ci il tarixində 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb.

“25 noyabr 2021-ci il tarixindən cari tarixədək vətəndaşlar tərəfindən yaranmış suallara aydınlıq gətirilməsi üçün Çağrı Mərkəzinə 3 137, “WhatsApp messenger” üzərindən 2 160, e-ttkf.edu.az dəstək bölməsinə 1 767, portal.edu.az vasitəsilə Təhsil Nazirliyinə və nazirliyə məktub vasitəsilə (DMS) 115 olmaqla, ümumilikdə 7 179 sorğu daxil olub”, - nazirlikdən bildirilib.

Müraciətlərin qəbulu davam edir.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Digər xəbərlər: