Türkiyənin Antalya şəhərinin Alanya rayonu yaxınlığında Aralıq dənizində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
AFAD-ın məlumatına görə, zəlzələ yerli vaxta saat 06:21-də baş verib.
Ocağı 39,52 kilometr dərinlikdə olan zəlzələnin episentrinin Alanyadan 56,92 kilometr uzaqlıqda olduğu müəyyən edilib.