Gündəm
Tabor komandirləri ilə toplanışlar keçirilir

2022-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan ordusunda tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanışlar keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplanışlarda zabitlərin bilik və bacarıqları, eyni zamanda fiziki hazırlığı qiymətləndirilir, müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilir.
Keçirilən toplanışların əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzərə bilikləri və peşəkarlıq səviyyələrinin artırılmasıdır.
Daha çox xəbər:

Ordunun Naxçıvanda təlim toplantısı keçirildi

Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilir

Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib - FOTO

Zakir Həsənov qoşunların idarə olunması üzrə tapşırıqlar verdi

“Bayraktar” və digər pilotsuz aparatlarımız təlim uçuşları keçirir - FOTO