Gündəm
Cənubi Qafqazda ilk: Məhsullar gömrük rüsumundan azad ixrac ediləcək
“Hazırda Azərbaycanda biosfer rezervatları və geoparkların yaradılması istiqamətində işlər aparılır”.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, ilk dəfə olaraq Cənubi Qafqazda Zaqatala biosfer qoruğunun bazasında biosfer rezervatının yaradılması barədə işlər aparılır:
“Nəticədə Zaqatala biosfer rezervatı yaradılacaq. Burada təbii məhsulların istehsalı nəzərdə tutulub. Bu məhsullar gömrük rüsumundan azad olunaraq ixrac oluna biləcək”.
A.Səmədova qeyd edib ki, geoparklar isə palçıq vulkanlarının nəzdində yaradılacaq:
“Hazırda ölkəmizdə palçıq vulkanları qoruq statuslu ərazilərdir və yalnız elmi tədqiqatların aparılmasına icazə verilir. Geoparklar isə geoturizmin inkişafına zəmin yaradacaq. Həm xarici, həm də yerli vətəndaşlar geoparkın nəzdində müəyyən olunmuş marşrutlarla əraziyə baxış keçirə biləcəklər”.
Qurum rəsmisi əlavə edib ki, 11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Azərbaycanın milli parklarında sabah “açıq qapı” günü olacaq:
“11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.
Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.
“Açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər”.
İlhamə Əbülfət
Daha çox xəbər:
Azərbaycanda şəhər mərkəzində görüntülənən ayı zərərsizləşdirildi - YENİLƏNİB + FOTO
Köç mövsümündə Azərbaycandan milyonlarla quş köç edir
Xəzərin səviyyəsinin enməsi ilə bağlı AÇIQLAMA
Azərbaycan bu il Dubaya çiyələk ixrac edəcək
Dövlət Xidməti: “Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq”