Gündəm
Azərbaycanda koronavirusa ən az yoluxmanın qeydə alındığı ərazi AÇIQLANDI
Ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Aparılan tibbi-profilaktik tədbirlərin nəticəsi olaraq, ölkə üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi xəbər verib.
Nazirlik bildirib ki, COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.
Daha çox xəbər:
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
Gürcüstanda vaksinasiya prosesinin başlayacağı tarix açıqlandı
Qripə qarşı peyvənd nə zaman vurulmalıdır?
Peyvənd olunan müəllimlərin və texniki işçilərin sayı AÇIQLANDI
Müdafiə Nazirliyindən hərbi qulluqçuların koronavirusa qarşı peyvənd olunmaları ilə bağlı AÇIQLAMA