Gündəm
Sürücülərin DİQQƏTİNƏ: Mərkəzi küçədə yol bağlandı

Bakıda mərkəzi küçələrdən birində hərəkət məhdudlaşdırılıb.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, N.Nərimanov rayonunun Ə.Orucəliyev küçəsində yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq. Buna səbəb sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işlərinin aparılmasıdır. Bu səbəbdən həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.
Sürücülərə A.Nemətulla küçəsi, A.Molla Cümə küçəsi, İ.Həsənoğlu küçəsi və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.
Daha çox xəbər:

Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakıda bəzi yollar təmirə bağlanır - RƏSMİ

Bakıda bir marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

BNA qərar verdi: Sürücülərin diqqətinə

Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI