Gündəm
16:14, 17 Ocak 2022

“Omikron” ştammının müxtəlif səthlərdə təsir müddəti açıqlanıb

“Omikron” ştammının müxtəlif səthlərdə təsir müddəti açıqlanıb
“Omikron” ştammı müxtəlif səthlərdə müxtəlif müddətdə canlılığını qoruya bilir.

Bu barədə Rusiyanın “Vektor” Araşdırmalar Mərkəzindən bildirilib.

Mərkəz eyni şəraitdə (nisbi rütubət 30-40 faiz və temperatur 26-28 dərəcə) metal, plastik, keramik plitələrdə və distillə edilmiş suda virusun canlılığını müəyyən etmək üçün təcrübələr aparıb.

“Müəyyən edilib ki, virus ən tez keramika üzərində - 24 saatdan az müddətdə təsirsiz hala gəlir”, - deyə hesabatda bildirilir.

Vektor əlavə edib ki, ən effektiv dezinfeksiya üsulu dezinfeksiyaedici vasitələrdən istifadədir.
Digər xəbərlər: