Gündəm
16:15, 17 Ocak 2022

Ərzaq mağazasında istifadə müddəti bitmiş məhsullar aşkarlandı - RƏSMİ

Ərzaq mağazasında istifadə müddəti bitmiş məhsullar aşkarlandı - RƏSMİ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, fiziki şəxs Bayraməliyev Rəşid Musa oğluna məxsus ərzaq satışı mağazasında planlı yoxlama keçirib.

Agentlikdən verilən məlumata görə, ərzaq mağazasında qida təhlükəsizliyi sahəsində normativ hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, həmçinin istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı şirniyyatların və meyvə şirələrinin qanunsuz satışının həyata keçirildiyi aşkarlanıb.

Faktla bağlı istehlaka yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq məhv edilib, sahibkar barəsində inzibati qaydada tədbir görülüb.
Digər xəbərlər: