Gündəm
Üç azyaşlı İran vətəndaşı dövlət sərhədini pozub Azərbaycan tərəfə keçib
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvar ayının 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində üç nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilib və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıblar.
Azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirib və özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər. Saxlanılmış şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.
Qısa müddət ərzində azyaşlıların İİR tərəfinə təhvil verilmələri nəzərdə tutulub.
Daha çox xəbər:
Azərbaycan-İran sərhədində atışma olub, ölən var
Bir ay ərzində 28 kiloqram narkotik maddənin ölkəyə keçirilməsinin qarşısı alınıb - FOTO
DSX İranla sərhəd yaxınlığında şübhəli avtomobil saxlayıb, narkotik aşkarlanıb
DSX-nin hərbi qulluqçusu minaya düşərək xəsarət alıb
Qanunsuz balıq ovladığına görə 20 nəfər saxlanılıb