Gündəm
ABŞ səfirliyindən 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım - FOTO
“Biz bu gün azərbaycanlılarla birgə onların kədərini paylaşır və həlak olanları yad edirik”.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşımında bildirilib.
“Biz bu gün etirazın kənar qüvvələr tərəfindən amansızcasına yatırılmasının fəsadlarını xatırlayırıq.
Biz xarici qüvvələrin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atılması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq.
Biz 1990-cı ildə Bakıda baş vermiş Qara Yanvarı, amansız repressiyaları xatırlayır, xəsarət alanlara və həlak olanlara görə kədərlənirik.
Biz inanclarını müdafiə etmək üçün həyatlarını fəda edən bütün insanları xatırlayırıq”, - deyə səfirliyin paylaşımında qeyd edilib.
Daha çox xəbər:
ABŞ Konqresindən 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat
XİN Ermənistanın Gəncədə törətdiyi terrorun ildönümü ilə bağlı paylaşım edib - FOTO
20 Yanvar faciəsindən 32 il ötür
Türkiyə Səfirliyi Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - FOTO
Rusiya Müdafiə Nazirliyi: ABŞ Rusiya sərhədinə qüvvələr toplayır