Gündəm
Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı

Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.
Oxu.Az-ın məlumatına görə, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anılıb.
Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
Paytaxt ictimaiyyəti, şəhər sakinləri səhər saatlarından başlayaraq, Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.
Daha çox xəbər:

20 Yanvar faciəsindən 32 il ötür

Ölkə rəhbərliyi tərəfindən şəhidlərimizin əziz xatirəsinə göstərilən diqqət və qayğı qürurvericidir - ADPU tələbəsi yazır...

Xalq şəhidlərini anır - VİDEO

“Zəfər” zirvəsinə “Dəmir yumruq” ekspedisiyası təşkil olunub - VİDEO

Qəhrəmanlarımız İkinci Şəhidlər xiyabanında ziyarət olunur - FOTOREPORTAJ