Gündəm
“Xalq Bank” 2021-ci ilin yekunlarını açıqladı
“Xalq Bank” ASC 2021-ci il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe nümayiş etdirərək illik fəaliyyətini uğurla tamamlayıb.
“Xalq Bank” 2021-ci ilin yekununa əsas maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. Belə ki, ilin sonuna aktivlərin həcmi 2 339,39 milyon manat, müştərilərə verilən kredit portfelinin həcmi 1 406,98 milyon manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1 543,27 milyon manat, cəmi kapital 449,18 milyon manat təşkil edib. 2020-ci ilin sonu ilə müqayisədə xalis mənfəət 5,88 % artaraq 27,29 milyon manata çatdırılıb. Beləliklə, əsas maliyyə göstəricilərinin həcminə görə “Xalq Bank” Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlayıb.
2021-ci il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirib. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin, bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi, nağdsız əməliyyatların həcminin artırılması və rəqəmsallaşma kimi istiqamətlərə xüsusi diqqət ayrılıb.
Keçən il istifadəyə verilmiş hüquqi və fiziki şəxslər üçün vahid platformalı “XalqOnline” mobil bankçılıq sistemi SME Banking Club beynəlxalq agentliyi tərəfindən “2021-ci ilin korporativ seqmentə xidmət göstərən ən yaxşı tətbiqi” mükafatına layiq görülüb.
2021-ci ildə “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Xalq Bank”ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B2 səviyyəsində, reytinq üzrə proqnozunu isə “pozitiv” olaraq saxlay;b. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1 (cr)/Not Prime (cr) səviyyəsində təsdiq edib.
2021-ci ildə Bankın həyata keçirdiyi “Xalq Əmanəti” mədəni-sosial layihəsi çərçivəsində rəssam Şamo Abasovun bədii albomu geniş ictimaiyyətə təqdim olunub.
Ötən il fəaliyyətə başlamasının 17 illiyini qeyd edən “Xalq Bank” maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirib.
“Xalq Bank” 2021-ci il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar personal, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olub.
Daha çox xəbər:
Kapital Bank 2019-ci ilin nəticələrini elan edib
Gömrük xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb
Bank sektorunda öhdəliklərin yerinə yetirilməsində problem var? - RƏSMİ
“Bu, birbaşa pandemiyanın ortaya çıxartdığı məsələdir” - GƏLİŞMƏ
Mərkəzi Bankın FAİZ BALANSI: - “Maliyyə sektorunda bir saata əldə edilən mənfəət...”