Gündəm
13:52, 21 Ocak 2022

Rusiya XİN: “Delimitasiya prosesi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına imkan verəcək”

Rusiya XİN: “Delimitasiya prosesi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına imkan verəcək”
“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesində uğura nail olmaq Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş əldə etməyə imkan verəcək”.

Bu barədə Rusiya XİN-in açıqlamasında qeyd olunur.

Bildirilib ki, Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş üçtərəfli razılaşmaların tam şəkildə həyata keçirilməsini zəruri hesab edir.

“Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, həmçinin regionda nəqliyyat-iqtisadi əlaqələrin açılmasıdır. Bu sahələrdə uğura nail olmaq Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm irəliləyiş əldə etməyə imkan verəcək”, - deyə qurumdan bildirilib.

Mənbə: TASS
Digər xəbərlər: