Gündəm
Maşında narkotik daşıyan şəxs: “Polisin atəş açacağını gözləmirdim”
Əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Hüseynov “Daewoo” markalı avtomobillə narkotik daşıyıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Bildirib ki, dünən Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürüb, qaçmağa cəhd edib. Onun bu cəhdi uğursuz olub:
“Polis əməkdaşları xidməti silahdan istifadə etməklə onun avtomobilinin təkərinə açdıqları atəş nəticəsində nəqliyyat vasitəsini saxlayıblar. O bildirib ki, “gözləmirdim polis atəş aça bilər. Polisin narkotiklə mübarizədə inadkarlığını gördüm...”. Onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə olan heroin, eləcə də psixotrop maddələr aşkarlanaraq götürülüb”.
Daha çox xəbər: