Gündəm
İstanbulda xilasedicilər hamiləni doğuma bir neçə dəqiqə qalmış xəstəxanaya çatdırdılar - FOTO
Türkiyənin İstanbul şəhərində hamilə qadını xəstəxanaya aparan təcili yardım maşını güclü qar səbəbindən yolda qalıb.
22 yaşlı Mevüde Kızğinin köməyinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yetişib.
Onlar doğuşa 5 dəqiqə qalmış qadını xəstəxanaya çatdırıblar. Mevüde Kızğinin qızı dünyaya gəlib.
Həm ananın, həm də körpəsinin vəziyyətinin yaxşı olduğu bildirilir.