Gündəm
Goranboyda 39 yaşlı qadın dərmandan zəhərlənib
Goranboyda qadın normadan artıq içdiyi dərmandan zəhərlənib.
“Report” xəbər verir ki, hadisə rayonun Safıkürd kəndində qeydə alınıb.
Goranboy rayon sakini, 1983-cü il təvəllüdlü S.Əhmədova müalicə üçün nəzərdə tutulan dərmanı bilmədən normadan artıq qəbul etdiyi üçün zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən qadının vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.