Gündəm
19:19, 28 Ocak 2022

Nazir bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARTDI

Nazir bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARTDI
Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

“Unikal.org”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə aparılan xidməti yoxlama nəticəsində bir neçə polis zabitinə də töhmət verilib.
Digər xəbərlər: