Gündəm
Sabah güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbər yayıb.
Qeyd olunub ki, Azərbaycanın rayonlarında yanvarın 29-u günün ikinci yarısından ayın 30-u axşamadək cənub-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.