Gündəm / Cəmiyyət
Yeni qanun siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar yaradacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” qanun, ölkəmizdə siyasi mühitdə və qanunvericilik sahəsində həyata keçirilən islahatlara bariz nümunədir. Qeyd edək ki, qəbul edilmiş yeni qanun layihəsi müasir dövrün tələbləri ilə yanaşı bütünlükdə dünya standartlarına da tam cavab verir. Yeni Qanun əvvəlkindən fərqli məqamları özündə ehtiva edir. Belə ki, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, həmçinin qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri də dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsidir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.
Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapması da bir daha təsdiq edir ki, yeni layihə siyasi mühitdə islahatların davam etdirilməsinə təkan verəcək. Bu qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, o cümlədən birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə imkan yaradır. Digər tərəfdən, qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb, beynəlxalq təcrübəyə istinad edilib ki, bu da layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur.
Ümummilli məsələlərdə əksər siyasi partiyaların vahid mövqe nümayiş etdirməsi də məhz bu əməkdaşlığın nəticəsidir. Siyasi arenada islahatların davam etdirilməsi ilə bağlı ölkədəki güclü siyasi iradə mövqeyindən asılı olmayaraq bütün dövlətçi partiyalar üçün yeni imkanlar yaradır. Bu qanunun qəbul edilməsi həmin imkanları daha da gücləndirəcək.
Ən əsası, “Siyasi partiyalar haqqında qanun” layihəsi ölkəmizdə siyasi mühitinin inkşafına böyük təkan verməklə yanaşı, yeni cəmiyyət quruculuğ prosesinin sürətləndirilməsində mühüm əhəmiyyətə malik olacaq.
İlham Əhmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədri
Daha çox xəbər:
“Əmək pensiyaları haqqında” qanun dəyişdirildi
Yeni məhkəmələrin yaranması ilə bağlı qanun qüvvəyə minib
Bu şəxslərə ŞAD XƏBƏR: PULU DÖVLƏT ÖDƏYƏCƏK - QANUN DƏYİŞDİ
Türkiyədə siyasi partiya ləğv oluna bilər
Bahar Muradova: "YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"