Gündəm
49 saylı Abşeron İkinci Seçki Dairəsinin seçiciləri!
Siz 1 sentyabrda Elbrus Allahverdiyevə səs verməklə, gələcəyinizə səs vermiş olacaqsınız!
Yəqin ki, tam əksəriyyət o haqda məlumata malikdir ki, 28 iyul 2024-cü il tarixdə ölkə rəhbəri İlham Əliyev cənabları, Azərbaycan Respublikası Konstitusiyasının 981‑ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı. Qeyd edək ki, Sərəncam imzalandığı gündən VI çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxıldı və Milli Məclisə növbədənkənar seçkilərin - VII çağırış üzvlərinin seçilməsi 01 sentyabr 2024-cü il tarixə təyin olundu. Əslində Milli Məclisə növbəti seçkilər bu ilin noyabr ayında keçirilməli idi. Xatırladaq ki, Milli Məclisə seçkilər mojaritar seçki sistemi əsasında keçiriləcək və bu seçkidə 20-dən çox siyasi partiya öz namizədləri ilə iştirak edəcəklərini öncədən bəyan ediblər. Sevindirici haldır ki, növbədənkənar parlament seçkiləri ölkəmizin bütün ərazisi hüdudlarında keçiriləcək və buna görə biz ilk növbədə otuz illik torpaq həsrətinə son qoyan qəhrəman Ordumuza, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına və bu işdə əməyi keçən hər kəsə minnətdar olmalıyıq. Bundan əlavə, torpaqlarımızın geri qaytarılması zamanı həyata keçirilən döyüş əməliyyatlarında iştirak edib, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ölməz ruhu qarşısında baş əyirik, eyni zamanda bu yolda sağlamlığını itirən qazilərimizə cansağlığı arzulayırıq. Artıq dörd ilə yaxındır ki, itirilmiş torpaqlarımız geri qaytarılıb və biz “məğlub xalq” adını üstümüzdən götürmüşük.
Onu da bildirək ki, növbədənkənar parlament seçkilərinin bu ilin 1 sentyabrında keçirilməsi tam qanunauyğundur və hər il dünyanın bir ölkəsinin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP 29)" noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək. Belə bir səbəbdən də, ən mötəbər tədbirlərindən biri hesab olunan COP 29 ilə bağlı parlament seçkiləri iki ay müddətinə irəli çəkildi və həmin tədbirdə ayrı-ayrı ölkələrdən təxminən 80-100 min nəfərə qədər nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. Nəzərə alsaq ki, Avropa Oyunları keçirilən zaman ölkəmizdə təqribən 8 min nəfərə yaxın qonaq iştirak etmişdi. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi, ümidvarəq ki, ölkəmizə beynəlxalq miqyasda çox böyük dividentlər əldə etməyə imkan verəcək.
Hörmətli seçicilər!
Artıq ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi günə bir həftədən bir qədər çox vaxt qalıb. Belə bir səbəbdən də, ayrı-ayrı seçki dairələri üzrə potensial namizədlərin seçicilərlə görüşləri davam etdirilir ki, bu da yerlərdə seçici aktivliyinin artmasına təsir edən əsas səbəblər olur. Qeyd edək ki, hal-hazırda ölkəmizin ictimai-siyasi həyatında yeni bir canlanma, aktivlik müşahidə olunmaqdadır. Buna əsas verən başlıca səbəb, seçki prosesi ilə bağlı yaradılmış münbit şəraitin varlığı və vətəndaş aktivliyinin özünü göstərməsidir. Faktdır ki, hal-hazırda 125 seçki dairəsi üzrə namizədliyi qeydə alınan şəxslər seçki təbliğatı ilə məşğul olurlar. Bu sırada 49 saylı Abşeron İkinci Seçki Dairəsində namizədliyi qeydə alınan Elbrus Şakir oğlu Allahverdiyev, namizədliyi qeydə alınan şəxslər sırasında ən şanslı namizəd hesab olunur. Diqqət yetirmək lazımdır ki, Elbrus Allahverdiyev ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyi ilə tanınan və seçilən, həmçinin xarakterik xüsusiyyətinin bir çox göstəriciləri ilə əksəriyyətə nümunə olan parlaq simalardan biridir.
Qeyd edək ki, bu şəxs, hal-hazırda Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 49 saylı Abşeron İkinci Seçki Dairəsi ərazisində seçicilər arasında təbliğat və təşviqat işləri aparmaqla məşğul olur. Yerli sakinlərdən əldə etdiyimiz şifahi məlumatlar, əməkdaşlarımızın ümumi müşahidələri və s. onu göstərir ki, Elbrus Allahverdiyev bu dairə üzrə daha şanslı namizəd hesab olunur. Bu şəxsin həyat və fəaliyyəti haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Elbrus Allahverdiyev 1984-cü ildə Abşeron rayonunun Xırdalan şəhərinda anadan olmuşdur və o, 1990-cı ildə ildə Xırdalan şəhər 2 saylı orta məktəbinə daxil olaraq, 2001-ci ildə orta təhsilini uğurla başa vurur. 2006-ci ildə Türkiyənin Antalya şəhərində əmək fəaliyyəti ilə məşğul olsa da, o, həmin ilin avqust ayında ölkəmizə geri qayıdır. 2008-ci və 2009–cu illərdə “Embawood” ideal dizayn şirkətində işləyən Elbrus Allahverdiyev, 2011-ci ildən 2016-cı ilin fevral ayına qədər “Azəriqaz” İB-də qaz istismar sahəsində çalışır. 2016-cı ilin fevral ayından isə, indiyə kimi Abşeron rayon Su-Kanal idarəsində ödənişin təşkili qrupu şöbəsində çalışmaqdadır. Elbrus Allahverdiyev ailəlidir, iki övladı var və övladlarının hər ikisi məktəblidirlər.
Hal-hazırda bu şəxsin digər namizədlərə nisbətən daha böyük nüfuza malik olmasına əsas verən səbəblərdən biri də, Elbrus Allahverdiyevin sağlam əqidə sahibi olmasıdır. Qeyd olunanları əsas tutaraq belə qənaətə gəlmək olar ki, 1 sentyabr günü 49 saylı Abşeron İkinci Seçki Dairəsi ərazisində yaşayan seçicilər düzgün seçimlərini edib, məhz öz səslərini bu şəxsə verəcəklər. Qeyd edək ki, Elbrus Allahverdiyevi yaxından tanıyan hər kəs bilir ki, bu şəxs olduqca enerjili, əzmkarlıq nümayiş etdirməyi bacaran, qorxmaz, sözübütov və s. kimi göstəriciləri özündə cəmləşdirən parlaq simadır. Bir sözlə, Elbrus Allahverdiyev 49 saylı Abşeron İkinci Seçki Dairəsinin seçicilərini Milli Məclisdə təmsil edə biləcək ən layiqli şəxs hesab olunur.
Hörmətli seçicilər!
Siz 1 sentyabrda Elbrus Allahverdiyevə səs verməklə haqqa, ədalətə, dürüstlüyə, bütövlüyə səs vermiş olacaqsınız! Odur ki, həmin gün seçki məntəqələrinə gedin və 49 saylı Abşeron İkinci Seçki Dairəsinin ən şanslı namizədi, hansı ki, sizi Milli Məclisdə layiqincə təmsil etməyi bacaracaq Elbrus Şakir oğlu Allahverdiyevə səs verin! Siz bu şəxsə səs verməklə, Milli Məclisdə bir çox məsələ və problemlərinizin səsləndirilməsinə, həllinə və s. nail olacaqsınız. Odur ki, həmin gün düzgün seçim etməyi unutmayın və öz gələcəyinizə səs verin! Unutmayın ki, siz Elbrus Allahverdiyevə səs verməklə haqqın-ədalətin bərpasına nail olacaqsınız, seçicilərin inam hissini özlərinə qaytaracaqsınız.
Daha çox xəbər: