Gündəm
11:17, 03 Eylül 2024
7
0

"Yeni Tədris İlinə Saylı Günlər Qaldı"

"Yeni Tədris İlinə Saylı Günlər Qaldı"

15 sentyabr Bilik Günü xalqımızın tarixində əziz bayramlardan biri kimi qeyd olunur.
Bu ənənənin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən təhsilə verilən dövlət qayğısı sayəsində qoyulmuş və möhkəmləndirilmişdir.
15 sentyabr Bilik Günü.
Bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib.
Fərmana əsasən,ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrn 15-də başlanır.
Dövlətimiz daim təhsilə diqqət və qayğı göstərir.
İlk dərs günü və Bilik Günü.
Möhtəşəm bilikli cəmiyyət qurmaq, onun üzvlərini savadlandırmaq elm,Bilik sahibi etmək kimi müqəddəs bir işin həyata keçirilməsində müəllim əməyi böyükdür.
Şagirdlər və müəllimlər yeni tədris ilində həyəcanlı və ümidlidirlər.
Şagirdin uguru gələcək cəmiyyətin qazancdır.
Müəllim təhsildə aparıcı qüvvədir,müəllimin inkişafı təhsilin inkişafı deməkdir.
Hörmətli təhsil işçiləri,əziz müəllimlər,tələbələr,şagirdlər,sizi yeni tədris ili münasibətilə təbrik edirəm.
Arzu edirəm ki,şagirdlərimiz savad,tərbiyə almaqla yanaşı,bir şəxsiyyət kimi formalaşsınlar,arzu etdiklərini dərk etsinlər.

Qamət Abbasov adına 284 saylı tam orta məktəbin tarix müəllimi:
Zöhrə Səmədova.
Digər xəbərlər: