Gündəm
Qazaxda polis məktəblilərlə görüşüb
Qazax Rayon Polis Şöbəsinin təşəbbüsü ilə rayonun 3 saylı tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, eləcə də “Erkən nikah və onun fəsadları” mövzularında tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov narkomaniyanın cəmiyyət üçün böyük bəlaya çevrildiyini bildirib, bu problemə qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizə tədbirlərindən danışıb, bu yöndə gənclərin maariflənməsinin vacibliyini vurğulayıb.
S. Əsədov erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. O qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Daha çox xəbər:
Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.
Qazaxda qaydaları pozan toy sahibləri məsuliyyətə cəlb olunub - FOTO
Nazir polis şöbəsinin rəisini işdən çıxardı
Polislər Gədəbəydə ağacəkmə aksiyası keçirib - FOTO
Gəncə və Hacıqabul sakinlərində narkotik vasitə aşkarlandı - FOTO