Gündəm
ASQİB Teleqüllədə tədbir keçirdi







Azərbaycan Sahibkar Qadınlar Birliyinin sədi Zemfira Ağayevanın yeni layihəsi olan,"KƏLƏĞAYI", "Şəhid analarının baş örtüyünü qızılı Kələğayı ilə əvəz edək" adlı tədbir idi.
DÖVLƏT HİMNİ SƏSLƏNDİ.
Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla anıldı.
ASQİB - nin Regionlar üzrə sədr müavini Yasəmən Möhübbətqızı tədbir iştirakçılarını salamlayaraq, birliyin yaranması və gördüyü işlər barəsində məlumat vermək üçün, sədr Zemfira Ağayevanı dəvət etdi.
Sonra millət Vəkili Ceyhun şəhid analarına səbr diləyərək, layihənin təqdirəlayiq olduğunu söyləyərək, təşkilatçılara, dəstək olanlara təşəkkür etdi.
Daha sonra modalyer, dizayner, İncəsənət Unversitetinin müəllimi, birliyin həmsədri Fəxriyyə Xələfova, uzun illər "Gəncliyə Yardım Fondu"-da fəaliyyəti olan Salman Əliyev, birliyin üzvü Gülçöhrə Əliyeva,çıxış edərək, bu möhtəşəm tədbirin təşkilatçısı, birliyin Yasamal rayon şöbəsinin sədri, sahibkar Aidə Nəsirovaya və şöbənin sahibkar qadınlarına, layihəni Yasamal rayonunda təşkil etdiklərinə görə təşəkkür etdilər.
Şəhid analarına qızılı kələğayılar və sahibkar qadınların əl işi olan Firuzə qaşlı üzüklər hədiyyə olundu...
Şəhid anaları da çıxışlarında bu gözəl təşəbbüsü alqışlayaraq, qayğıya görə təşəkkür etdilər. Tədbir çay süfrəsi ətrafında davam etdi. Sonda Xatirə şəkli çəkildi.
Səadət Niyazova
Pressdent.az xəbər portalının redaktoru
Daha çox xəbər:
İstanbulda “Qarabağ Azərbaycandır!” adlı təntənəli bayram tədbiri keçirildi - FOTO
“Hərə bir qəhrəman oldu” layihəsinin təqdimatı keçirildi – FOTO
“Dayaq” Sosial Maarifləndirmə İB-i Səbail rayonunda tədbir keçirib.
Şəhid Nicat Şükürlünün büstü açıldı - FOTO
Berlində Almaniya azərbaycanlıları ilə görüş keçirilib - FOTO
