Gündəm
Müstəqil və Suveren AZƏRBAYCAN mənim idealım, xilaskarımız Ulu Öndər Heydər Əliyevin misilsiz şah əsəridir

Mən özümü həqiqətən xoşbəxt sayıram ki, gəncliyim Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyini dəyişdiyi, onu yenidən dirçəltdiyi, müstəqilliyinin əbədiliyini təmin etdiyi tarixi bir dövrə təsadüf edib. Bir çox insanlar uşaq yaşlarından özlərinə ideal seçir, hansısa qəhrəmanın davranışına, xarakterinə heyran olaraq ona bənzəmək istəyirlər. Mənim üçün isə bu seçimin adı çox erkən yaşlardan bəlli idi: Heydər Əliyev – Tanrının Azərbaycan xalqına bəxş etdiyi ümidin, qüdrətin, xilaskarlığın adı idi. Deyirlər, insanda ən son ölən ümiddir. 1993-cü ildə Azərbaycan üçün həmin ümid artıq sönmək üzrə idi; ölkə xaos, tənəzzül, parçalanma və vətəndaş qarşıdurması burulğanında boğulurdu. Elə bir anda xalqın səsinə yenidən səs verən Heydər Əliyev Azərbaycana qayıtdı — ölməkdə olan ümidə nəfəs, dağılmaqda olan dövlətə dirək, parçalanmaqda olan xalqa birlik gətirdi.Onun Bakıya dönüşü sadəcə siyasi qayıdış deyildi; bu, Azərbaycanın ikinci dəfə doğulması idi. Ölkəni tənəzzüldən xilas etmək üçün Gəncədən başlanan siyasi mübarizə qısa zamanda bütün respublikanın taleyini öz müdrik əllərinə keçirdi. Heydər Əliyev daxili anarxiyanı aradan qaldırdı, xarici təzyiqləri neytrallaşdırdı, Azərbaycanı regionun və dünyanın diqqət mərkəzinə çevirdi. 1994-cü ildə isə “Əsrin müqaviləsi” ilə dünyanın transmilli şirkətlərini Bakıda bir masa arxasına toplamaqla ölkənin taleyini dəyişdi: sabitlik, iqtisadi yüksəliş və sosial rifahın əsası məhz o zaman qoyuldu. Bu müqavilə təkcə neft sazişi deyildi, Azərbaycan üçün gələcəyə açılan qapı, qaranlıqdan işığa aparan yol idi.Ulu Öndər özündən əvvəl xalqını düşünən, gecələrini yuxusuz, gündüzlərini Vətən sevdası ilə yaşayan, siyasəti bir maraq yox, bir məslək kimi dərk edən nadir dövlət xadimi idi. Mənim üçün onun ideal olması təsadüf deyildi: böyüdükcə bu dahinin uzaqgörənliyinə, müdrikliyinə, xalqına sevgisinə heyranlığım daha da artırdı. Valideynlərimin, müəllimlərimin və bütöv bir cəmiyyətin ona olan ehtiramı mənə bir daha göstərirdi ki, böyük insanları zaman yetişdirmir — zaman onların ardınca gəlir. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi mən də müasir Azərbaycanla fəxr edirəm. Çünki üzərində yaşadığımız bu güclü dövlətin teməli Ulu Öndərin əlləri ilə, onun iradəsi, müdrikliyi və cəsarəti ilə qoyulub. Heydər Əliyev min bir çətinlik içində xalq–iqtidar birliyinin təməllərini qurdu, ölkənin sabitlik və inkişaf yolunu müəyyən etdi və bu strategiya bu gün də uğurla davam etdirilir.Artıq əminliklə deyə bilərik ki, Heydər Əliyevin ideyaları xalqın qəlbində yaşayır, onun mübarək irsi isə gələcəyimizi işıqlandıran yol xəritəsidir. Hazırda qətiyyətli və müdrik rəhbər, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu irsin ən uğurlu davamıdır. Xalq Prezidentinin ətrafında sıx birləşib və bu birlik 44 günlük Vətən müharibəsində dünyanın gördüyü ən möhtəşəm Zəfəri yaratdı. Heydər Əliyevin əsası qoyduğu güclü dövlət konsepsiyası İlham Əliyevin qətiyyəti ilə bərqərar oldu; 200 ildən bəri mümkün olmayanı mümkün etdi — Azərbaycan torpaqlarını azad etdi, tarixi ədaləti bərpa etdi.Bu gün dünya arenasında öz sözünü deyən, regionun lideri olan Azərbaycan Heydər Əliyevin siyasi irsinin canlı təcəssümüdür. Və nə qədər ki, dövlətimizin başında ağıllı, uzaqgörən, xalqına bağlı bir Lider – İlham Heydər oğlu Əliyev durur, Azərbaycan inkişafdan geri dönməyəcək, daha böyük zirvələrə yüksələcək. Ulu Öndərin 1993–2003-cü illərdə yaratdığı modern, güclü və müstəqil Azərbaycan bu gün möhtəşəm bir əsərə çevrilib. Bu əsər isə hazırda onun layiqli varisi tərəfindən qızıl hərflərlə davam etdirilir.Sonda böyük qürurla bildirirəm,“Mən fəxr edirəm ki, müstəqil və müasir Azərbaycan mənim idealım, xilaskarımız Ulu Öndər Heydər Əliyevin əbədiyaşar şah əsəridir.” Və bu şah əsərin hər yeni səhifəsini bu gün Prezident İlham Əliyev qürurla, şərəflə, Zəfərin və suverenliyin möhürü ilə yazır.
Yeni Azərbaycan Partiyası Saatlı rayonu 15 saylı ƏPT-nın sədri, UNEC-in məzunu.
Vüqar MƏMMƏDOV
Daha çox xəbər:
Prezident Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
"Heydər Əliyev və Tariximiz"
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycan xalqının Qurtuluş Günü
Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
