Gündəm
“Mədət Qafarovun yol polisinin iş fəaliyyəti necədir?”

Tərtər rayonunun polis şöbəsinin rəisi Rüfət Məmmədovun rayona təyin olunmasından sonra hüquq-mühafizə sahəsində ciddi islahatlar həyata keçirilmişdir. Onun rəhbərliyi dövründə asayişin qorunması və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Dövlət Yol Polisi sahəsində isə xüsusi olaraq DYP rəisi Mədət Qafarovun fəaliyyəti diqqət çəkir. Rayona gəldiyi gündən etibarən yol hərəkəti qaydalarına nəzarət gücləndirilmiş, mütəmadi reydlər təşkil olunmuşdur. Avtomobillərin texniki vəziyyəti və düzgün istismarı daim yoxlanılır. Eyni zamanda məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirlər keçirilir. Bu tədbirlərdə şagirdlərə yol nişanları, təhlükəsiz hərəkət və piyadaların məsuliyyəti izah olunur. Mədət Qafarov və onun əməkdaşları bu sahədə məsuliyyətlə və peşəkarlıqla çalışırlar. Rüfət müəllim və Elxan müəllimin də birgə təşəbbüsləri ilə müxtəlif profilaktik tədbirlər həyata keçirilir. Onların fəaliyyəti barədə isə gələn saylarımızda daha geniş yazacağıq. Yol polisi və yol hərəkəti qaydaları ilə maraqlanarkən aydın olur ki, bu sahədə sistemli və səmərəli iş aparılır. Bu da yol-nəqliyyat hadisələrinin azalmasına müsbət təsir göstərir.
Vüsal Kəlbəcərli
