Hadisə
Bakıda kişi sevgilisini əvvəlcə bıçaqladı, sonra təcili yardım çağırdı — TƏFƏRRÜAT
Qeyri-rəsmi münasibətdə olduğu qadını öldürməyə cəhddə təqsirli bilinən Azər Əhmədov Ali Məhkəməyə müraciət edib.
Beş.az xəbər verir ki, təqsirləndirilən şəxsin müraciəti ilə bağlı məhkəmə baxış iclası iyun ayının 16-da hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək.
İttihama görə Azər Əhmədov bir neçə ay əvvəl qeyri-rəsmi münasibətdə olduğu, ər-arvad kimi birlikdə yaşadığı Məhəbbət Şıxıyevaya 6 bıçaq zərbəsi endirib.
Buna səbəb Azər Əhmədov evə gəlmədiyi, telefonuna zəng çatmadığı üçün Şıxıyevanın onun qohumlarına zəng etməsi olub. Şıxıyevanın bu hərəkətindən qəzəblənən Azər Əhmədov evə gələrək arvadı ilə mübahisə edib. Mübahisə zamanı Əhmədov mətbəxdən götürdüyü bıçaqla Şıxıyevaya 6 bıçaq xəsarəti yetirib.
Daha sonra arvadının həyatını xilas etmək üçün özü təcili tibbi yardıma zəng edib.
Xəstəxanaya çatdırılan Məhəbbət Şıxıyevanın həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarə tərəfindən saxlanılan Azər Əhmədova qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Daha çox xəbər:
Azərbaycanda oğul evlənmək istəyən anasını bıçaqladı
Bakıda ata və oğul borc pul üstündə qan tökdü
Bakıda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs HƏBS EDİLDİ
Su Polisi intihar etmək istəyən şəxsi xilas etdi
Arvadını 4 il izlədi, 70 yaşlı qonşusu ilə yaxaladı — Gədəbəydəki cinayətin təfərrüatları